“Barselona” klubu gələcək üçün Robert Levandovskinin yerinə arayışlara başlayıb.

Offsideplus.az xəbər verir ki, katalon təmsilçisinin hədəfində “Vilyarreal”ın gənc hücumçusu Karl Etta Eyon var.

21 yaşlı futbolçu “Vilyarreal”ın əsas komandasında cəmi 4 oyuna çıxıb. Amma o, B komandasında 30 oyunda 19 qol vurmağı bacarıb.

R. Levandovski növbəti il 38 yaşında olacaq. “Barselona” onu daha gənc bir oyunçu ilə əvəz etməyi planlaşdırır. Etta Eyonq əsas namizədlərdən biridir.