EN

Almaniya kansleri: Putin, Tramp və Zelenski arasında üçtərəfli görüş Avropada keçirilə bilər

BAKI. 17 avqust. TELEQRAF

"Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün Avropada keçirilməsi mümkündür".

Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts jurnalistlərə açıqlamasında bildirib.

“Vaxt və yer hələ müəyyən olunmayıb. Ola bilsin ki, bu cür müzakirələrin daimi şəkildə keçirilə biləcəyi bir məkanda baş tutsun. Biz təklif etdik ki, həmin məkan Avropa ola bilər”, - deyə o qeyd edib.

Merts əlavə edib ki, bu məsələyə dair dəqiq qərar yalnız yaxın günlərdə, bəlkə də həftələrdə məlum olacaq.

Chosen
81
50
teleqraf.com

10Sources