Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniyanın “Bild” nəşri hökumət mənbələrinə istinadən, ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında bazar ertəsi Ağ Evdə gözlənilən görüşün təfərrüatlarını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, danışıqlarda Avropa liderləri də iştirak etsə də, Tramp əvvəlcə yalnız Ukrayna prezidentini qəbul edəcək.
"Yalnız bundan sonra onu müşayiət edən Aİ-nin aparıcı siyasətçiləri də ona qoşulacaq. Proqrama işçi şam yeməyi və geniş formatda çoxsaatlıq müzakirə daxildir", - media yazır.
Eyni zamanda, nəşr vurğulayır ki, Ukrayna Prezidenti Volodimir Zelenskini Vaşinqtona bir neçə Avropa dövlət və hökumət başçıları, Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi müşayiət etsə də, ABŞ Prezidenti Donald Trampla münasibətlərin gərginləşməsi istisna oluna bilməz.
Qeyd edək ki, bu ilin fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və görüş Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı qızğın mübahisə ilə yekunlaşıb.
Onu ad bildirək ki, bazar ertəsi Ağ Evdə gözlənilən görüşdə Almaniya Kansleri Fridrix Merzlə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Alexander Stubb, Böyük Britaniyanın Baş naziri Key Starmer, İtaliyanın Baş naziri Giorgia Meloni və NATO-nun Baş katibi Mark Rutte də daxil olmaqla, digər Avropa liderləri də iştirak edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.