AZ

Zelenski: Müttəfiqlər dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsinə qarşıdır

"Könüllülər koalisiyası"nın bütün üzvləri “dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsinə” qarşı çıxıblar.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama yayıb.

V.Zelenski ərazi məsələsini yalnız Putin və Trampla üçtərəfli görüşdə müzakirə etməyə hazır olduğunu bildirərək, ölkə konstitusiyasının belə güzəştlərə yol vermədiyini qeyd edib.

AK prezidenti Ursula fon der Leyen ilə keçirdiyi brifinqdə o, həmçinin Ukraynanın Avropa İttifaqına üzv olması üçün mümkün təhlükəsizlik təminatlarından birinin olmasını arzuladığını bildirib: "BizəNATO-nun 5-ci maddəsinin praktikada işlədiyi formatda təhlükəsizlik lazımdır. Biz isə Aİ-yə daxil olmağı təminatların bir hissəsi kimi qəbul edirik".

Seçilən
58
50
teleqraf.com

10Mənbələr