EN

Zelenski Trampla söhbətində Donbası Rusiyaya verməkdən imtina edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla söhbətində Donbası Rusiyaya verməkdən imtina edib. Bu barədə “Reuters” xəbər verir.

Qeyd edək ki, avqustun 15-də Tramp və Kreml rəhbəri Vladimir Putin Alyaskada görüşüb. Əsas mövzu Ukraynadakı müharibə və ona son qoymaq variantları olub.

Sammitdən sonra Tramp Zelenski ilə, sonra isə təkcə onunla deyil, həm də Avropa liderləri ilə telefon danışığı aparıb.

Müzakirələrlə tanış olan “Reuters” mənbəsi Trampın sözlərinə istinad edib ki, Putin Ukrayna ordusunun bütün Donbassı verəcəyi təqdirdə cəbhə xəttinin əksər hissəsini dondurmağı təklif edib ki, bu da Moskvanın əsas məqsədlərindən biridir.

Mənbə bununla bağlı agentliyə bildirib: "Zelenski bu tələbi rədd edib".

Əziz Mustafa

Chosen
62
50
oxumeni.az

10Sources