EN

Ukrayna Rusiyanın PUA istehsalçılarına qarşı sanksiyalar tətbiq edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib.

TurkicWorld xəbər verir ki, bu barədə göstərişlər Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Məhdudlaşdırıcı tədbirlər süni intellektlə təchiz edilmiş pilotsuz uçuş aparatlarının (PUA) istehsalçıları və onların təchizatçılarını əhatə edir.

Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.

Qeyd edək ki, Zelenski son aylarda mütəmadi olaraq Rusiya və digər ölkələrin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya tətbiq edir. Ukrayna hökuməti bildirir ki, bu siyahılar nazirliklər və aidiyyəti qurumların təklifləri əsasında hazırlanır, daha sonra isə Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən təsdiqlənir.

Chosen
63
19
turkic.world

10Sources