EN

Adil Şükürov: Azarkeşlər məni yox, futbolçuları çağırdılar

BAKI. 17 avqust. TELEQRAF

"Yaxşı nəticə əldə etmək istəyirdik. Amma futbolun yazılmamış qanunu işə düşdü. Hücumda olduğumuz vaxt əks-hücumda yaxalanaraq, 2 top buraxdıq".

Teleqraf xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis heyət və oyunla bağlı çatışmazlıqlarının olduğunu bildirib: "Çalışacağıq ki, bunları aradan qaldıraq".

O, kapitan Əli Səmədovun ehtiyatda qalmasına baxmayaraq, komandanın yanında olduğunu dilə gətirib. Şükürov bu halı normal dəyərləndirib.

Baş məşqçi "Kəpəz"in düzələcəyinə inam ifadə edib: "Sadəcə, komandanın uyğunlaşması üçün vaxt lazımdır".

Şükürov oyundan sonra yaşananlara da münasibət bildirib: "Kəpəz" azarkeşləri oyundan sonra məni yox, futbolçuları çağırırdılar, onlarla danışdılar. Biz isə fikirlərimizi toplayaraq, sizinlə bölüşmək üçün buraya gəldik".

Chosen
14
16
teleqraf.com

10Sources