EN

Saşa İliç: “Qarabağ”la maçtda da belə səhvlər etsək…”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın yeni mövsümünün 1-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “Sumqayıt” bu gün doğma meydanda qarşılaşdığı “Kəpəz”i 3:0 hesabıyla məğlub edib.

Saşa İliç Azərbaycan çempionatında baş məşqçi kimi debüt etdiyi matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci hissədə oyun cəhətdən bir sıra problemlərimiz oldu. Bunu növbəti oyunlarda aradan qaldırmağa çalışacağıq. Fasilədən sonrakı sönük oyunun fiziki problemlə bağlı olduğuna inanmıram. Çünki ikinci hissədə bir neçə əvəzetmə etdik və yeni oyunçular meydana daxil oldular. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk etmirlər. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyillər. Ona görə də biz bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər.

Ayxan Süleymanova gəlincə, onu oyunçu kimi bəyənirəm. İlk hissəni yaxşı oynasa da, ikinci hissədə bəzi səhvlər etdi. Mənim onunla söhbətim də oldu. Təbii ki gələcəkdə inkişaf emək istəyirsə, bu səhvləri etməməlidir”.

Saşa İliç Azərbaycan çempionatının səviyyəsindən və növbəti turda qarşılaşacaqları “Qarabağ”dan da söhbət açıb:

“Qarabağ”ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını izləyirəm. “Ferentsvaroş”la matç onlar üçün çətin olacaq. Onların Çempionlar Liqasına kökləndiyi bir vaxtda bizimlə qarşılaşmaları bizim üçün avantaj da sayıla bilər, dezavantaj da. Təbii ki, bu matçda etdiyimiz kimi səhvlər buraxsaq, bu, bizim üçün yaxşı qurtarmayacaq. Əslində mən də hər bir oyunda hücumameyilli futbol oynamaq istərdim. Amma reallıq ondan ibarətdir ki, bu, alınan bir şey deyil. Çünki Azərbaycan Premyer Liqasında “Qarabağ”, “Neftçi” və bir neçə güclü komanda oynayır. Hər bir komanda ilə oyuna ayrıca hazırlaşacağıq”.

Adil Şükürov: “Kəpəz” düzələcək”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının mövsümə məğlubiyyətlə başlamasına belə şərh verib:

“İlk oyunumuzda qələbə qazanmaq, Gəncəyə 3 xalla dönmək istəyirdik. Çox təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik və nəticədə futbolun yazılmamış qanunu özünü göstərdi. Buraxdığımız ikinci qoldan sonra futbolçular ruhdan düşdülər və məğlub olduq. Heyət olaraq təzə yığılmışıq. Komanda tam formalaşmayıb. Çatışmazlıqlarımız var. Bundan sonra daha çox işləməliyik. Gələcəkdə bu cür oyunlarda xallar qazanmalıyıq.

İnşallah, “Kəpəz” düzələcək. Qısa bir müddətdə çatışmazlıqları aradan qaldıracağıq. Azarkeşlər bizdən tam fərqli komanda gözləyirlər. Onlar bu komandanı görəcəklər”.

Chosen
90
50
arena.az

10Sources