EN

Avropada vətəndaş müharibəsi ehtimalı 95%-ə çatıb

Britaniyalı professor yaxın beş ildə Avropada genişmiqyaslı daxili qarşıdurma riskinin kəskin artdığını bildirib....

Poliqon xəbər verir ki, Böyük Britaniya professoru Devid Bets “Military Strategy Magazine” jurnalında dərc olunan məqaləsində Avropada, xüsusilə Böyük Britaniya və Fransada vəziyyətin təhlükəli həddə çatdığını qeyd edib. Onun sözlərinə görə, sənayenin tənəzzülü, siyasi korrupsiyanın artması və özəl mühafizə şirkətlərinin çoxalması bir sıra şəhərlərin artıq “vəhşi zonalara” çevrilməsinə gətirib çıxarıb.

Məqalədə vurğulanır ki, Avropada mövcud sosial və iqtisadi problemlər yaxın illərdə kəskinləşə bilər və bu, vətəndaş qarşıdurması riskini daha da artırır. Betsin fikrincə, əgər qitə ölkələri siyasi islahatlara getməsələr və korrupsiya ilə mübarizəni gücləndirməsələr, qarşıdakı beş ildə genişmiqyaslı böhran qaçılmaz ola bilər.

Ekspert həmçinin Avropa İttifaqında birliyin zəiflədiyini, ictimai etimadın sarsıldığını və dövlət institutlarının effektivliyinin azaldığını xüsusi qeyd edib. Bu amillər də potensial toqquşmalar üçün zəmin yaradır.

Poliqon.info

Chosen
50
49
poliqon.info

10Sources