EN

ABŞ Ukraynanı ərazilərini Putinə verməyə məcbur etməyəcək

Ukrayna öz ərazilərindən imtina etməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tərəfindən işğal olunmuş bütün rayonları təhvil vermək üçün təzyiq göstərmir. Bu barədə Oxuməni.az ABŞ dövlət katibi Marko Rubionun bəyanatına istinadən xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio NBC telekanalına müsahibəsi zamanı Ukrayna və Rusiya arasında sülh sazişinin mümkün ssenarilərini şərh edib. Jurnalistlər bütün Donetsk, Luqansk, Xerson, Zaporojye və Krımın Rusiya diktatoru Vladimir Putinin nəzarətinə keçməsi məsələsinin müzakirə edilib-edilmədiyini soruşublar.

Rubio cavab verib ki, ukraynalılar belə güzəştlərə hazır deyillər və heç kimin onları güzəştə getməyə məcbur etməyə haqqı yoxdur. Onun sözlərinə görə, sülh sazişi bağlansa belə, bu ərazilərin verilməsi nəzərdə tutulmayacaq.

“Ukraynalılar bunu etiraf etməyə hazır deyillər və heç kim Ukraynanı güzəştə getməyə məcbur etmir... Sülh müqaviləsi bağlansa, bu, belə olmayacaq",-deyə o bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinin hələ də Ukraynanın Donbassdan çəkilməsini tələb etdiyini bildirib.

Eyni zamanda, məlum olduğu kimi, Tramp avropalı müttəfiqləri ilə telefon danışığı zamanı bildirib ki, Ukrayna öz ərazisi ilə nə edəcəyinə özü qərar verməlidir.

Əziz MUSTAFA

Chosen
23
50
oxumeni.az

10Sources