EN

Ölkə üzrə 3200-dən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilir

Bakı, 18 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2493-ü qadın, 751-i kişidir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili sahəsində kömək göstərirlər.

Chosen
54
3
azertag.az

10Sources