EN

Tramp Ukraynaya ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmasını təklif edib

ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bir istifadəçinin mesajını paylaşaraq, Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmasını təklif edib.

Vətəninfo.az xəbər verir ki, Tramp “Ukrayna Rusiyaya müəyyən ərazi itirməyə hazır olmalıdır, əks halda müharibə uzandıqca daha çox ərazi itirməyə davam edəcək!” deyib.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bəyan etmişdi ki, Rusiya və Ukrayna sülh razılaşmasına nail olmaq üçün “güzəştə getməlidirlər”.

Rubio “Fox News” telekanalına deyib: “İki döyüşən tərəf arasında sülh razılaşması üçün hər iki tərəf nədənsə imtina etməyə razı olmalıdır. Əks halda, bir tərəf istədiyi hər şeyi alırsa, bu, sülh razılaşması deyil, təslim olmaqdır”.

Rubio bildirib ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində keçirilən sammitindən qalan əsas məsələlər “ərazi sərhədlərinin harada olacağı, uzunmüddətli təhlükəsizlik zəmanətləri və Ukraynanın kiminlə hərbi ittifaq yarada biləcəyi”dir.

Ərazi qərarlarının son nəticədə Ukraynaya aid olduğunu bildirən Rubio “Bu, onların ərazisidir. Onların ölkəsidir” deyib.

Tramp və Putinin Alyaskada 3 saatlıq qapalı görüşündən sonra Putin “anlaşma” əldə etdiklərini bəyan edib.

Sammitdən sonra Tramp “Fox News” telekanalına bildirib ki, əsas məqamlar razılaşdırılıb, yalnız kiçik nüanslar qalıb.

Ağ Evdə görüş

Ukrayna prezidenti Volodimir Zelenski təklifləri müzakirə etmək üçün bu gün Ağ Evdə Trampla görüşəcək.

Avropa liderlərindən və NATO rəhbərlərindən ibarət qrup Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün bu gün Vaşinqtona gedəcək.

İclasda Fransa prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Cioria Meloni, Almaniya kansleri Fridrix Merts, Finlandiya prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun Baş katibi Mark Rutte iştirak edir.

“Truth” sosial hesabında başqa bir paylaşımda Tramp Putinin ABŞ-da böyük sammit keçirməsinə icazə verərək “böyük uğursuzluğa” məruz qalması ilə bağlı medianın xəbərlərini tənqid edib.

O qeyd edib ki, Putin “görüşünü ABŞ-dan başqa hər yerdə keçirmək istəyirdi və saxta xəbərlər bunu bilirdi” və “Bu, əsas mübahisə nöqtəsi idi!”.

Chosen
23
50
veteninfo.az

10Sources