EN

TƏCİLİ! Zelenski gəlməmiş qapını bağladılar - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın bugünkü görüşü ərəfəsində gərginlik pik həddə çatıb. Tramp Ukraynanın NATO və Krım tələbinə "qapıları bağlayıb", Zelenski isə ərazi məsələsində güzəştə getməkdən imtina edir.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Guardian" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Tramp sammit öncəsi Zelenskiyə təzyiqləri artırıb.

"Ukrayna prezidentinin istəsə, müharibəni "az qala" bitirə biləcəyini vurğulayan ABŞ prezidenti Ukraynanın NATO-ya üzv olmasına və ya Rusiyanın işğalı altında olan Krımı geri alma ehtimalını rədd edib" - məqalədə vurğulanır.

Bundan başqa, Tramp "Truth" sosial media platformasında verdiyi açıqlamada bildirib ki, Ukraynanın NATO-ya qoşulması və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almasından söhbət gedə bilməz.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün bir qrup Avropa liderinin də iştirakı ilə ABŞ prezidenti Donald Trampla görüşəcək. Zelenski Vaşinqtona uçmazdan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə mətbuat konfransı keçirərək ərazini qurban verə bilməyəcəklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
59
14
olaylar.az

10Sources