EN

Azərbaycanın qeyri-neft ixracı 11% artıb

Bakı. TurkicWorld

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard ABŞ dollarını ötüb.

Bu barədə TurkicWorld İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2,1 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11% çoxdur.

Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon ABŞ dolları olub. Bu göstərici illik ifadədə 20% artıb.

Chosen
29
50
turkic.world

10Sources