Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” Gəncə şəhərində həyata keçirəcəyi “Bilik səfəri” regional inkişaf layihəsinə iştirakçı qeydiyyatını davam etdirir.
Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində reallaşdırılan bu regional inkişaf təşəbbüsü müasir əmək bazarının tələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyir. Layihə ilkin olaraq Gəncədə baş tutacaq. Proqrama əsasən, 70 nəfər informasiya texnologiyaları və əlaqə mərkəzi sahələri üzrə təlim proqramına qoşulacaq. Təlimlərdə bakalavr təhsilinin son ilində olan tələbələr və məzunlar, magistr tələbələri, eləcə də artıq püxtələşmiş və 10 ilə qədər iş təcrübəsinə malik şəxslər iştirak edə biləcək.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.
Maraqlanan şəxslər “PAŞA Bank”ın rəsmi platformalarında yerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:
IT sahəsi üzrə: https://pshb.az/45u6Gx0
Əlaqə mərkəzi sahəsi üzrə: https://pshb.az/4fEOUMs
“Bilik səfəri” layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust 2025-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, “PAŞA Bank” fəaliyyətə başladığı ilk gündən ölkədə insan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlu layihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətli strategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil və karyera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davam etdirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.