EN

Braziliya millisinin sabiq üzvü “Turan Tovuz”da – RƏSMİ

“Turan Tovuz” son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə 2 illik müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, yetirməsi olduğu “Vasko da Qama”nın (Braziliya) heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Chosen
18
50
idmanxeber.az

10Sources