EN

La Liqa klubundan ayrılan müdafiəçi "Turan Tovuz"da - RƏSMİ

"Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Enrike Silvanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

saytlarin hazirlanmasi

Chosen
11
35
sportal.az

10Sources