Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib ki, Çin Şenyanı Kurskla qardaş şəhər etməyi təklif edib.
Doğru.az xəbər verir ki, Xinşteyn deyib:
“Çin tərəfi Liaoninq əyalətinin inzibati mərkəzi Şenyan şəhərini Kurskla qardaş şəhər kimi təklif edib. Bu, yeddi min ildən çox tarixi olan şəhərdir və orada 9 milyon 200 mindən çox insan yaşayır”.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi xəbər vermişdi ki, Moskva və Pekin iki nəfərlik tur qrupu üçün vizasız rejim üzərində işləyir.
DOĞRU.AZ