EN

Etimad İsmayılovu qətlə yetirən Dəmirov azadlığa çıxdı

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyədə azadlığa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Dəmirova yaxın mənbələr danışıblar.

Bildirilib ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib.

Araşdırma zamanı isə bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.

Chosen
67
41
publika.az

10Sources