ain.az bildirir, Oxu.az portalına istinadən.
UEFA Konfrans Liqasındakı uğursuz çıxışı ilə diqqət mərkəzinə düşən Elmar Baxşıyev "Araz-Naxçıvan"ı tərk edə bilər.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin prezidenti Zaur Axundov Elmar Baxşıyevə Misli Premyer Liqasının ilk iki oyununda şans verəcək.
Təcrübəli çalışdırıcı ümidləri doğrultmayacağı təqdirdə, müqaviləsinə xitam veriləcək.
Bu halda Elmar Baxşıyevi Azər Bağırov əvəz edəcək. Artıq tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, Elmar Baxşıyev 2023-cü ildən bu yana "Araz-Naxçıvan" klubunun baş məşqçisidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.