AZ

Mahir Emreli Almaniya kubokunda fərqləndi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.

Fanat,Az xəbər verir ki, sözügedən komanda startda həvəskarlar liqası təmsilçisi "Ayntraxt 1949" ilə səfərdə qarşılaşır.

Bakı vaxtı ilə 17:30-da başlayan və bu dəqiqələrdə ilk yarısı oynanılan görüşdə "Kayzerslautern" 4:0 öndədir. Komandasının 2-ci qoluna millimizin forvardı imza atıb. O, 15-ci dəqiqədə fərqlənib. Bu, Mahirin yeni komandasında rəsmi oyunda ilk qoludur.

Qeyd edək ki, 1990 və 1996-cı illərdə olmaqla iki dəfə Almaniya kubokunu qazanan "Kayzerslautern" 6 dəfə turnirin finalçısı olub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
50
fanat.az

10Mənbələr