AZ

“Kopenhagen”in müdafiəçisi Premyer Liqaya transfer oluna bilər

“Kopenhagen”in mərkəz müdafiəçisi Qabriel Pereyra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, braziliyalı futbolçu ilə APL-in iki debütantı – “Sanderlend” və “Börnli” maraqlanır. Yaxın günlərdə Danimarka klubuna rəsmi təklif göndəriləcəyi gözlənilir.

25 yaşlı Pereyra ötən mövsüm “Kopenhagen”in heyətində 42 oyun keçirib, 4 qol və 1 assistlə yadda qalıb. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

Seçilən
58
50
90deqiqe.az

10Mənbələr