İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni İngiltərənin “Çelsi” klubuna transfer oluna bilərdi.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, London klubu Bastonini almaq istəsə də, “İnter” aparıcı müdafiəçisini satmaqdan imtina edib. “Pensionerlər” 50 milyon avro təklif etsələr də, “neradzurri” rəhbərliyi bu məbləği yetərli saymayıb.
Ötən mövsümdə Bastoni 57 oyunda iştirak edərək 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçu ilə “İnter” arasında müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt-a görə, müdafiəçinin bazar qiyməti 80 milyon avrodur.