AZ

“Borussiya” “Barselona”nın gənc yarımmüdafiəçisini transfer etmək istəyir

Dortmund “Borussiya”sı “Barselona”nın istedadlı futbolçusu Qilye Fernandeslə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya klubu gənc mərkəz yarımmüdafiəçisinin transferi ilə bağlı “Barselona”ya rəsmi sorğu göndərib.

Hazırda Fernandes Kataloniya klubunun B komandası – “Barselona Atletik”in şərəfini qoruyur. Bununla belə, o, əsas heyətlə iki hazırlıq toplanışında iştirak edib, o cümlədən bu yay komandaya qoşulub.

20 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Barselona Atletik”in heyətində 32 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Seçilən
60
21
90deqiqe.az

10Mənbələr