EN

"Şeytan hamıdan yaxşı bilir kimin neçə adı var"

Bəzi inanclara görə, insanlara iki ad verilir: biri “əsil ad” (Allah qatında bilinən), digəri isə gündəlik istifadə olunan ad. İnanca görə, bu, cadudan və pis niyyətdən qorunmaq üçündür. Bəs  belə bir inanc dini baxımdan nə dərəcədə doğrudur? 
Mövzu ilə bağlı Moderator.az-a danışan ilahiyyatçı Turan İrfan deyib ki, insana iki ad verilməsinin cadudan qorunmaq üçün heç bir əhəmiyyəti yoxdur. İlahiyyatçı qeyd edib ki,  cadu şeytan əməlidir:
 
“Şeytan da hamıdan yaxşı bilir kimin neçə adı var. Qədim Misir və Babilistandan gələn bu kimi inanclar artıq geridə qalıb. Bir çox xurafatçı və fırıldaq adam insanları aldadaraq maddiyyat əldə etmək üçün belə vasitələrlə özlərinə peşə seçiblər. Cadu var. İslam bunu qəbul edir. Amma istifadəsi haramdır. Ondan qorunmaq üçün də cismən və ruhən təmiz olmağa çalışmaq lazımdır. İbadətkar və itaətkar olmaq lazımdır. Quranın ayələri  ilə qorunmaq mümkündür. Hifz olunmaq məqsədi və niyyəti ilə Quran oxumaq, dua etmək yetər. Ad dəyişmək, başqa müxtəlif ayinlər icra etmək xurafatdır, əsası yoxdur”.
Beləliklə, dini baxımdan “iki ad” inancı əsassız sayılır və qorunmağın yeganə yolu ibadət, dua və Qurana bağlılıqdır.
 
Mehin Mehmanqızı
 
Chosen
82
42
moderator.az

10Sources