Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və macarıstanlı həmkarı Peter Siyarto arasında “X” platformasında mübahisə yaranıb.
APA xəbər verir ki, Macarıstan XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, Andrey Sibiqa ona cavab ünvanlayıb.
“Peter, bu müharibəni başlayan Ukrayna yox, Rusiyadır. Rusiya müharibəni bitirməkdən imtina edir. İllərdir Macarıstana deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını qoruyub-saxlamaqdan ptrü bütün səyləri göstərib. Hətta, müharibə başlayandan sonra belə. İndi isə şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz”- Ukrayna XİN rəhbəri qeyd edib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə cavab olaraq, “fakt budur ki, Ukrayna Macarıstana neft tədarük edən boru xəttinə hücum edib”- sözlərini yazıb.