AZ

Macarıstan Ukrayna və Brüsseli ittiham edir

Macarıstan

Macarıstan Rusiya neftindən məhrum olduğu üçün Ukraynanı ittiham edir.

Reyting.az
-ın məlumatına görə, Macarıstan Xarici işlər naziri Peter Siyarto deyib ki, Ukrayna Macarıstana gedən neft kəmərinə hücum etdiyi üçün ölkəsinə tədarük dayandırılıb.

“Bizim enerji təhlükəsizliyimizə növbəti hücum qəzəbli və qəbuledilməzdir. Rusiya Energetika nazirinin müavini Pavel Sorokin indicə bizə bildirdi ki, rusiyalı mütəxəssislər boru kəməri üçün vacib olan transformator stansiyasını mümkün qədər tez bərpa etməyə çalışırlar, lakin təchizatın nə vaxt bərpa olunacağını hələ bilmirlər”,- Siyarto əlavə edib.

Üstəlik, Siyarto Brüssel və Kiyevi Macarıstanı Ukraynadakı müharibəyə sürükləmək cəhdində ittiham edib.

“Ona görə də, gəlin, bir daha aydınlaşdıraq: bu bizim müharibəmiz deyil, bizim onunla heç bir əlaqəmiz yoxdur, biz ondan kənarda qalmaq istəyirik və nə qədər ki, biz hakimiyyətdəyik, biz ondan kənarda qalacağıq! Nəhayət, Ukrayna liderləri üçün xatırlatma: Macarıstandan gələn elektrik Ukraynanın enerji təchizatında əsas rol oynayır”, - Siyarto qeyd edib.

V. QULİYEV
Seçilən
20
16
reyting.az

10Mənbələr