AZ

Macarıstan Ukraynaya elektrik enerjisi satışını dayandırmaqla hədələyib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və macarıstanlı həmkarı Peter Siyarto arasında “X” platformasında yaranmış mübahisə davam edir.

APA xəbər verir ki, Macarıstan XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, onun urkaynalı həmkarı Andrey Sibiqa müharibəni Rusiya başladığını və bu səbəbdən şikayətləri Moskvadakı dostlarını gönərmələrini məsləhət görmüşdü.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə cavab olaraq, “fakt budur ki, Ukrayna Macarıstana neft tədarük edən boru xəttinə hücum edib”- sözlərini yazıb və bir daha Urkaynanın elektrik enerjisinin böyük hissəsini məhz Macarıstandan aldınğını qeyd etməklə onları xəbərdar edib.

Qeyd edək ki, 2024-cü il üzrə Macarıstan Ukraynanın ümumi elektrik enerjisi idxalı strukturunda 39% paya sahib olub.

Seçilən
19
8
apa.az

10Mənbələr