EN

La Liqada çıxış edən futbolçu "Turan Tovuz"da - rəsmi

"Turan Tovuz" yeni transfer həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə ikiillik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyib. Tam adı Enrike Silva Milaqres olan futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Qeyd edək ki, o, "Turan Tovuz"a azad agent kimi keçib. Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).

Chosen
79
50
football-plus.az

10Sources