EN

İsrailin ən böyük qorxusu - Türkiyə imperiyası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza siyasəti İsrailin planlarını sarsıdıb. İsrailli ekspertlər açıq şəkildə bəyan ediblər ki, Türkiyə artıq İrandan da böyük təhlükəyə çevrilib və Ərdoğan Türk imperiyasını yenidən qurmağa çalışır.

Publika.az xəbər verir ki, Fransanın “Le Journal du Dimanche” qəzetinin yazdığına görə, İsrailin əsas narahatlığı məhz “Türkiyə imperiyası”dır.

Qəzetə danışan israilli ekspertlər bildirib ki, Ərdoğanın Fələstinə “Osmanlı mirası” kimi yanaşması və Suriyada artan təsiri Təl-Əviv üçün ciddi təhlükədir.

İsraildə hərbi və siyasi dairələrdə yayılan fikrə görə, İsrail artıq İrandan çox Türkiyəni təhdid olaraq görür. Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Ofer Quterman qeyd edib ki, İsrail ordusu Suriyada türkyönlü qüvvələrin güclənməsindən narahatdır:

“Ərdoğan Suriyanı hərbi təsirini gücləndirmək və iqtisadi fayda əldə etmək üçün fürsət olaraq görür. O, Suriya qüvvələrini yenidən silahlandırmaq və yenidənqurma işlərinə təsir etmək istəyir. ABŞ-ın Türkiyəni tərəfdaş sayması isə İsrail üçün pis xəbərdir”.

İsrailli ekspert Kobi Marom isə daha sərt açıqlama verib. “Ərdoğan sünni islam dünyasının lideri olmaq üçün Osmanlı imperiyasını yenidən qurmağa çalışır. Bu, İsrail üçün qəbuledilməzdir”, - deyə o söyləyib.

Chosen
27
50
publika.az

10Sources