EN

Tramp-Zelenski görüşünə Bakıdan REAKSİYA

Bu gün Ukrayna prezidenti Volodimir Zelensi ilə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüş olacaq.  Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq.

Qeyd edək ki, Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də gedəcək. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də görüşdə iştirak etmək planlarını açıqlayıb.

Onu da vurğulayaq ki, ABŞ Prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması isə Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp tərəfindən ərazi mübadiləsi məsələsi gündəmə gətirilmişdi. Zelenski buna getməyəcəklərini söyləyib. Diqqətçəkən məsələlərdən biri də Trampın buna görə Zelenskiyə təzyiqi məsələsidir.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası İşçi Qrupunun üzvü Kamran Bayramov bildirib ki, Ukrayna artıq sülhü və atəşkəsi istəsə də, Rusiyanın hələki buna niyyəti görünmür:

“Bu görüşün keçirilməsi prezident Donald Trampla prezident Vladimir Putin arasında avqustun 8-də keçirilən görüşdən irəli gəlir. Təbii ki, Rusiya tərəfi öz şərtlərini, tələblərini irəli sürüb. İndi Ukraynanın maraqlarına toxunan məsələlər mövcuddur. Orada həm ərazi mübadiləsi, həm Ukryananın NATO-ya daxil olmaması ilə bağlı öhdəlik götürməsi, Krımın Rusiyanın ərazisi kimi tanınması və başqa bir neçə məsələlər irəli sürülür. 8 avqust Alyaska görüşünün detalları açıqlanmasa da, bəli, bu gün Zelenski ilə görüşdə həmin şərtlər müzakirə olunacaq. Eyni zamanda Avropa liderlərinin dəvət olunması o deməkdir ki, onların da mövqeyi dinlənəcək. Biz deyə bilərik ki, Ukrayna artqı, sülhdə, atəşkəsdə maraqlıdırsa,görünür, hələ Rusiya buna hazır deyil. Bu gün də Ukrayna ərazisində hərbi əməliyyatlar, müharibə davam edir, insan tələfatları, itkilər var. Rusiya tükənməyə doğru müharibə üsulunu seçib. Yəni onun kifayət qədər ehtiyyatları, hərbi resursları var. Bundan istifadə edib Ukraynanı tükəndirmək istəyir. Burada məqsəd isə danışıqlarda əlini gücləndirmək, daha böyük miqyasda şərtlərini qəbul etdirməkdir. Amma Ukrayna Prezidenti də bildirib ki, burada ərazi mübadiləsi məsələsi o qədər də mümkün olan deyil. Təbii, hansı dövlətin başçısı öz ölkəsinin ərazilərini mübadilə edə bilər?! Bu gün müzakirə predmeti olacaq ən əsas məsələlərdən biri, əlbəttə, Ukraynaya həm ABŞ-nin, həm də Avropa dövlətlərinin təhlükəsizlik təminatının verilməsi məsələsidir. Yəni atəşkəs olub, müharibə dayandırılarsa, təhlükəsizlik təminatı verilməlidir. Yəni hər iki tərəfin şərtləri var. Bugünkü görüşdə həmin şərtlərin qəbul olunması və ya rədd edilməsi məsələsinə baxılacaq".

Parlamentari düşünür ki, bu dəfə müəyyən nailiyyətlər, irəliləyişlər ola bilər:

"Xatırlayrsınızsa, Ukrayna Prezidentinin sonuncu Ağ Ev görüşü o qədər də uğurlu deyildi. Bu dəfə fərqli görüş olacaq. Mən bu görüşdən sonra müharibənin dayandırılacağını düşünmürəm. Düşünürəm ki, hərbi əməliyyatlar hələ də davam edəcək. Bu görüşün davamı kimi yaxın vaxtlarda üçtərəfli-Rusiya-ABŞ-Ukrayna sammitinin keçirilməsi nəzərdə tutulur. Həmin sammitdə razılıqlar əldə olunsa, müxtəlif mövqelər arasında yaxınlaşma olsa, tezliklə üçtərəfli sammitin keçirilməsi də baş tutacaq. Yalnız üçtərəfli görüşdən sonra müharibənin, hərbi əməliyyatların dayandırılmasından danışa bilərik. Bugünkü görüşlərin hansısa dərəcədə müharibəni dayandıracağını düşünmürəm. Heç bundan söhbət də getmir. Amma tam aydın nailiyyətlərin, nəticələrin əldə olunması baxımından düşünürəm görüşü atəşkəsə doğru addım kimi qiymətləndirmək olar. Təbii ki, sülhün əldə olunması kifayət qədər çox böyük vaxt tələb edir. Ona görə də mən düşünmürəm ki, bu görüşdə nəticə əldə olunsun. Aralıq görüşləri düşünürəm ki, Rusiya-ABŞ-Ukrayna görüşündən sonra baş verə bilər.Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr açıqlanıb".

 

Chosen
35
50
modern.az

10Sources