EN

“RUSİYA ARTIQ UDUZUB...” Azərbaycanı hədələmək yalnız panikanın göstəricisidir”

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərhində diqqətçəkən fikirlər səsləndirib.

Onun sözlərinə görə, Ukrayna artıq Rusiyaya qarşı ilk müharibəni udub: “Ukrayna birinci müharibəni qalibiyyətlə başa vurdu. Niyə ‘birinci’? Çünki işğal olunmuş ərazilərin azadlığı artıq ölkənin milli identikliyinin bir hissəsinə çevrilib”.

Zülfüqarov vurğulayıb ki, Rusiya hansı nəticəyə nail olmasından asılı olmayaraq, ilk müharibəni uduzub.

Onun fikrincə, Kreml böyük itkilər bahasına müəyyən əraziləri nəzarətdə saxlasa belə, elan etdiyi məqsədlərə çata bilməyib və ciddi reputasiya zərbəsi alıb: “Rusiya rəhbərliyi danışıqlarda nə əldə edəcəksə etsin, “siyasi məğlub” imicindən qurtula bilməyəcək. Ölkəni daimi “pis oğlan” obrazında saxlamaq, sonsuz müharibə görüntüsü yaratmaq və hətta Azərbaycanla Qazaxıstanı da yeni ‘SVO’ ilə hədələmək yalnız panikanın göstəricisidir”.

Keçmiş nazir hesab edir ki, vəziyyəti dondurmaq üçün edilən cəhdlər gec-tez nəticə verəcək: “Bu baş verdikdə isə Rusiyada “siyasi sirk” başlayacaq. Bütün siyasi elita və təbliğat maşını hər kəsə, hətta özlərinə sübut etməyə çalışacaq ki, guya Rusiya qalib gəldi. Amma bu, yalnız “Pir qələbəsi” olacaq”.

Zülfüqarovun fikrincə, belə bir saxta qələbə Rusiyada idarəetmə sisteminin çökməsinə, hakimiyyət tranzitinə və hətta ölkənin parçalanmasına gətirib çıxara bilər.

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
44
hurriyyet.az

10Sources