EN

Trampın müşaviri: “Zelenski Ağ Evə kostyumla gəlsə, bu, sülhə işarə olacaq”

ABŞ prezidenti Donald Trampla Oval kabinetdə keçiriləcək görüş ərəfəsində Ağ Ev rəsmiləri Ukrayna tərəfinə Vladimir Zelenskinin kostyum geyinib-geyinməyəcəyi ilə bağlı sorğu ünvanlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Zelenski Ağ Evdə iyunda NATO sammitində olduğu kimi qara pencəklə gələcək.

Xatırladaq ki, Ukrayna prezidenti müharibənin başlanmasından sonra ilk dəfə NATO sammitində kostyum geyinmişdi. Nəşrin məlumatına görə, bu, ABŞ prezidentinin xoşuna gəlmişdi. Sammit çərçivəsində Tramp və Zelenski ayrıca görüş də keçirmişdilər.
 

Trampın müşavirlərindən biri isə “Axios”a zarafatla bildirib ki, əgər Zelenski Ağ Evdə kostyum geyinsə, bu, “sülh üçün yaxşı işarə” olardı. Lakin Vaşinqtonda onun kostyum və qalstukla çıxış edəcəyi gözlənilmir.


Eyni zamanda, mənbələr qeyd edib ki, fevral görüşündə Zelenskinin geyimindən xüsusilə ABŞ-ın vitse-prezidenti Cey Di Vens narazı qalmışdı. O, bu gün keçiriləcək danışıqlarda da iştirak edəcək.

Axiosun həmsöhbətləri hesab edirlər ki, bugünkü görüş əvvəlki kimi qalmaqallı olmayacaq.

Qeyd edək ki, Ağ Evin tədbirlər təqviminə əsasən, ABŞ və Ukrayna prezidentlərinin görüşü Vaşinqton vaxtı ilə 13:15-də (Bakı vaxtı ilə 21:15-də) başlayacaq və bir saat davam edəcək.

Bizim.Media

Chosen
23
50
bizim.media

10Sources