Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı stintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
12.08
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
