EN

Paşinyan: Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur

Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur.

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“34 illik dövlətçiliyimizin tarixində bütün xarici siyasət və diplomatik hadisələri “qələbə və ya məğlubiyyət” şkalası ilə qiymətləndirməyə çalışmışıq. Hörmətli xalqım, özümdə cəsarət tapıb deyirəm ki, məsələlərə belə yanaşmaq yanlışdır. Çünki seçim həmişə qələbə və məğlubiyyət arasındadırsa, məğlubiyyət qaçılmazdır”, - o bildirib.

Paşinyanın sözlərinə görə, əldə olunan razılaşmalar Ermənistanda dövlət quruculuğu konsepsiyasının əsl təntənəsidir.

Chosen
36
50
demokrat.az

10Sources