
HƏMAS nümayəndələri Qəzzada saxlanılan israilli girovların yarısını azad etməyə razılıq veriblər,əvəzində fələstinli tərəf müəyyən sayda məhbus əldə edəcək.
Olaylar Misirin "Əl-Qahira əl-İxəbariyyə" telekanalının məlumatına istinadən xəbər verir ki, mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutacaq.
Razılaşmalara əsasən, İsrail humanitar yardımın anklava çatdırılmasını asanlaşdırmaq üçün qoşunlarını Qəzzanın dərinliklərindən geri çəkməyə də razılaşıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu hökumət iclasında bəyan etmişdi ki, Qəzzada HƏMAS hərəkatı məğlub edilmədən atəşkəsin elan olunması bölgədə "sonsuz müharibə"yə gətirib çıxaracaq.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31