EN

HƏMAS israilli girovların yarısını azad edəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Misirin “əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan müharibədə ölənlərin sayı 62 mini, yaralıların sayı isə 156 mini keçib. Aclıq səbəbilə 263 nəfər, o cümlədən 112 uşaq həyatını itirib.

Martın 2-dən etibarən İsrailin qərarı ilə Qəzzaya beynəlxalq humanitar yardımın girişi tamamilə dayandırılıb. Hazırda ərzaq yalnız ABŞ və İsrailin nəzarətində olan Qəzza Humanitar Yardım Fondu vasitəsilə paylanır.

Chosen
94
19
turkic.world

10Sources