futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində sabah “Ferentsvaroş”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
– Yenidən burda olmaq xoşdur. Yaxşı komandaya qarşı vacib oyunumuz olacaq. Belə rəqibə qarşı oynamaq xoşdur. Çox istəkli komandayla qarşılaşacağıq. Baş məşqçiləri və futbolçuları Liqa mərhələsinə düşməkçün istəklidirlər. Çalışmalıyıq ki, düzgün oynayaq və istəkli olaq. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik.
– Əvvəlki matçlardan sonra indi komandalarda nələr dəyişib?
– Futbol dəyişir. Hər iki komandada dəyişikliklər var. İlk oyundan sonra bir-birimizi daha yaxşı tanıyacağıq. Sabahkı matçda sona qədər mübarizə aparmağı bacarmalıyıq.
– Sabah hansı oyun üslubu ilə oynayacaqsınız?
– “Ferentsvaroş” sürətli hücuma keçməyi bacarır. Daha fiziki, dinamik kollektivdirlər. Baş məşqçiləri də həm sürətli oyun tələb edir, həm də mübariz. Topa daha çox sahib olmağa çalışacağıq. “Ferentsvaroş”un oyun üslubu elədir ki, çalışırlar, rəqibə topa sahib olmağa imkan verməsinlər. Bu tip rəqiblərə qarşı oynamışıq. Etiraf edək ki, bu kollektiv daha bacarıqlı və qabiliyyətlidir.
– 17 ildir, komandaya rəhbərlik edirsiniz. Bunu necə bacarırsınız?
– Sadəcə, məni dəyişmirlər. Ona görə 17 ildir, burdayam.
– Sabahkı oyunda ilkin məqsədiniz nə olacaq?
– Robbi Kinin açıqlamasını oxumuşam. Deyir ki, hücum xəttimiz yaxşıdır və eyni zamanda qol da buraxmamalıyıq. Belə turnirlərdə qələbə qazanmaq istəyirsənsə, ilk oyunda qol buraxmamaq vacibdir. Buna baxmayaraq, daha baxımlı olmaq, nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədimiz yaradıcı olmaq, rəqibə qol vurmaqdır. Qol buraxmasaq, daha yaxşı olar. Amma istəyirik ki, hər oyun qol vura bilək. Azarkeşlər qollu oyunları çox sevirlər. Nəticə üçün çalışacağıq ki, həm burda, həm Bakıda maksimumu edək.
– Romao və Kadi “Ferentsvaroş”da oynayıb. Onlardan bu komanda haqda məlumat almısınız?
– Xeyr, belə şeyləri sevmirəm. Bu, qeyri-etikdir. Futbolçu sabiq klubuna sadiq ola bilər. Ona görə futbolçuları belə vəziyyətdə qoymaq istəmirəm. Özümüz rəqibi təhlil edib, məlumat toplamışıq.
– İki oyun arasında istirahət üçün vaxtınız var?
– Premyer Liqada matçımız var.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.