AZ

"Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq" - Zubir

"Qarabağ"ın kapitanı Abdulla Zubir Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri səfər matçından sərfəli nəticə ilə qayıdacaqlarına ümid edir.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi bunu oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, rəqibə qarşı ciddi hazırlaşdıqlarını söyləyib:
"Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadı. Artıq bu rəqibi tanıyırıq. "Ferentsvaroş"la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".
Seçilən
39
37
football-plus.az

10Mənbələr