ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yenidən Macarıstanda olmaq xoşdur.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, istəkli komandaya qarşı oynayacaqlarını bildirib:
“Rəqib də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bizi çətin görüş gözləyir. Yaxşı mübarizə aparıb, Bakıya uğurlu nəticə ilə dönmək istəyirik”.
Baş məşqçi sabahkı oyunda sonadək mübarizə aparacaqlarını vurğulayıb:
“Bu komanda ilə 2022-ci ildə qarşılaşmışdıq. Həmin dövrdən bu tərəfə hər iki kollektivdə dəyişiklik olub. "Ferensvaroş" hücuma sürətli çıxan komandadır. Baş məşqçiləri də bunu bacaran futbolçulara üstünlük verir. Biz isə topu özümüzdə daha çox saxlamaq istəyirik. Nəticə almaq üçün yaradıcı olmalıyıq. Qol buraxmasaq daha yaxşı olar. Amma hər oyunda qol vurmaq azarkeşlərə müsbət təsir edir. Daim hücumda fəallıq göstərmək niyyətindəyik”.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.