EN

Abdullah Zubir: “Ferensvaroş”u yaxşı tanıyırıq

Bakı,18 avqust, AZƏRTAC

“Ferensvaroş”a qarşı daha əvvəl də oynamışıq. Buna görə də onları yaxşı tanıyırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, Macarıstan təmsilçisinin iddialı komanda olduğunu bildirib: “Meydanda əzmkar mübarizə aparırlar. Biz isə öz oyunumuzu göstərib, Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.

 

Chosen
12
44
azertag.az

10Sources