EN

"Mançester Siti" vingerini satmaqdan imtina etdi - Rodriqonu da almayacaq

"Mançester Siti" Savio Moreyranı komandadan buraxmayacaq.

Sportal.az xəbər verir ki, “şəhərlilər” 21 yaşlı vingeri satmamaq qərarına gəlib. Daha əvvəl onun transferi ilə bağlı “Tottenhem”in danışıqlar apardığı bildirilirdi.

Qeyd olunur ki, bu qərardan sonra Rodriqonun “Mançester Siti”yə keçidi də istisna olunur. İngilis klubu “Real”ın futbolçusunu yalnız Savio gedəcəyi halda transfer edə bilərdi. Madrid klubu isə 24 yaşlı oyunçu ilə bağlı heç bir təklif almayıb.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Savio 29 matçda iştirak edib, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
17
4
sportal.az

10Sources