AZ

“Mançester Siti” Edersonun qiymətini açıqladı

İngiltərənin “Mançester Siti” klubu qapıçı Ederson Moraes üçün qiymət təyin edib.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu braziliyalı qapıçı üçün 10 milyon avro təklif edib, lakin “şəhərlilər” 25 milyon avro tələb edib. Hazırda tərəflər danışıqları davam etdirir və razılığa gəlməyə çalışırlar.

32 yaşlı qolkiper də öz növbəsində “Qalatasaray”a keçmək istəyir.

O, yeni mövsümdə İngiltərə Premyer Liqasının ilk matçında “Vulverhempton”la (4:0) görüşü xəstəlik səbəbindən buraxıb. “Mançester Siti” növbəti matçını 23 avqust tarixində Londondakı “Tottenhem”ə qarşı keçirəcək.

Seçilən
9
27
90deqiqe.az

10Mənbələr