Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Mançester Siti” gənc futbolçusu Savio Moreyranı heyətində saxlamağa qərar verib.
İdmanxeber.az xəbər verir ki, klub braziliyalı vingerin satışı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.
Qeyd edək ki, bir müddət öncə “Tottenhem”in 21 yaşlı oyunçu ilə maraqlandığı, tərəflərin ilkin təmaslar qurduğu bildirilirdi.
“Şəhərlilər”in bu mövqeyi Rodriqonun mümkün transferinə də təsir edib. Belə ki, ingilislər “Real Madrid”in 24 yaşlı hücumçusunu yalnız Savio komandadan ayrılacağı halda heyətinə qatmaq istəyirdilər. Lakin madridlilər indiyə qədər Rodriqo ilə bağlı heç bir rəsmi təklif almayıblar.
Xatırladaq ki, ötən mövsüm Premyer Liqada Savio 29 oyuna çıxıb, 1 qol vurub və 8 qolun hazırlanmasında iştirak edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.