EN

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb

Təkcə Avropa müttəfiqləri deyil, həm də Avropadan kənar ölkələr Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin olunmasında iştirak edəcəklər...

“Report”un xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

"Biz Avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Biz hazırda bunun üzərində işləyirik", - Rubio bildirib.

O əlavə edib ki, zəmanətlər sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin.

Poliqon.info

Chosen
21
6
poliqon.info

7Sources