EN

Ermənistanın Rusiyadakı konsulluğu BAĞLANDI

Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki nümayəndəliyi 7 il işlədikdən sonra bağlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz Telegram kanalında bildirib. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb.

“Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlayın”, - məlumatda deyilir.

Chosen
111
2
demokrat.az

3Sources