EN

Pakistanda güclü yağışlar: ölənlərin sayı artıb

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub.

Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.

Chosen
97
8
turkic.world

10Sources