EN

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib.

"Report"un məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Yeni səfir Sofi Laqut bu barədə "X" hesabında yazıb:

“Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm.

Fransanın Azərbaycandakı səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”, - diplomat bildirib.

Chosen
7
3
report.az

10Sources