İtaliya təmsilçisi "Napoli" İspaniyanın "Jirona" komandasından Miqel Qutierresi transfer edib.
"Report" xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Miqel Qutierres ötən mövsüm 36 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.