“ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə inşa olunan divarın qaraya boyanmasına qərar verib ki, günəş şüalarının təsiri ilə divar qızsın və miqrantların onu aşması çətinləşsin”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem deyib.
“Bu, prezidentin birbaşa göstərişi ilə həyata keçiriləcək. O anlayır ki, burada qara rəngli hər hansı bir obyekt yüksək temperaturda daha çox qızır və bu da divarı aşmağı çətinləşdirir”, – deyə Noem bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresinin bu yaxınlarda qəbul etdiyi büdcə qanunları sərhəddə tikinti işləri üçün əhəmiyyətli maliyyə vəsaiti ayırır.